Azərbaycanda 4 helikopter satışa çıxarılır

09.01.2025

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 30 yanvar tarixində keçiriləcək hərrac ilə bağlı məlumat yayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Azərbaycan Hava Yolları-na məxsus 4 helikopter satışa çıxarılacaq.

Məlumata görə, hərraca çıxarılanlar "SUPER PUMA AS 332 L1", "EUROCOPTER EC155 B1" (2 ədəd) və "Mİ-8 MTV-1" helikopterləridir. 

Start qiymətləri isə müvafiq olaraq 1 milyon 239 min manat, 644 min manat, 508 min manat və 600 min manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью