Azərbaycanda 4 milyonluq şirkətin kapitalı minimuma endi

26.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

“Sun Qaynaq” MMC nizamnamə kapitalının 4 milyon manatdan 10 000 manatadək azaldığını elan edib.

Teleqraf.com xəbər verir ki, kreditorlar bir ay ərzində öz tələblərini Sumqayıt şəhəri, "Metal baza"ya gedən avtomobil yolu ilə Bakı-Rostov d/y arasındakı ərazi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2014-cü ildə dövlət qeydiyyatına alıb. Qanuni təmsilçisi Ali Kemal Yılmazdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью