Azərbaycanda 4 nəfər dəm qazından zəhərləndi

23.11.2024

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.

Bakıvaxtı.az-ın məlumatına görə,  rayonun Alunitdağ qəsəbə sakinləri 1982-ci il təvəllüdlü S.Məmmədova,1989-cu il təvəllüdlü A.Ələsgərova, 2011-ci il təvəllüdlü Z.Orucova və 2018-cı il təvəllüdlü A.Orucova yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Onlar qohumların köməyi ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən şəxslərə xəstəxanada tibbi yardım göstərilib,vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью