Azərbaycanda 4 nəfər dəm qazından zəhərləndi

23.11.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daşkəsəndə zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə rayonun  Alunitdağ  qəsəbəsində baş verib.

1982-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü A.Ələsgərova, 2011-ci il təvəllüdlü Z.Orucova və 2018-cı il təvəllüdlü A.Orucova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara tibbi yardım göstərilib, vəziyyətlərinin norml olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью