Azərbaycanda 4 universitetə akkreditasiya verildi

29.11.2024

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universiteti növbəti 5 il müddətinə akkreditasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi qismən uyğun hesab edilib. Ona görə də akkreditasiya şəhadətnaməsinin iki il müddətinə uzadılması, ali təhsil müəssisələrinin bir ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью