Azərbaycanda 400 dən çox sayta giriş bloklandı RƏSMİ

30.01.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) qanunvericiliyin tələblərinə uyğun olaraq rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi, vətəndaşların hüquqlarının qorunması və qanunsuz məzmunun yayılmasının qarşısının alınması istiqamətində monitorinq və nəzarət tədbirlərini davam etdirir.
Demokrat.az-a ETX-dən bildirilib ki, ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də xidmətin apardığı monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ərazisində giriş məhdudlaşdırılıb.
Girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması, 1-i isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub.
“ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində qanunvericiliyin tələblərinə əməl etməyə, eləcə də aşkarladıqları qanun pozuntuları ilə bağlı “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Xidmətə müraciət etməyə çağırır”, - deyə qurumun məlumatında qeyd olunub.
İnternet resurslarının bloklanması sıravi vətəndaşların, xüsusilə də azyaşlıların qumar asılılığına salınmasının və maliyyə dələduzluğunun qurbanı olmasının qarşısını alır. Bu, həm də şəxsi məlumatların qorunması və internetdən istifadə zamanı daha təhlükəsiz filtrasiya olunmuş mühitin formalaşması deməkdir.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью