Azərbaycanda 43 nəfər rüşvət alarkən tutulub

16.01.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin yekunlarına dair keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb, habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью