Azərbaycanda 44 min taksi YOXA ÇIXIB | Icma.az
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Azərbaycanda taksilərin sayı 3 dəfə yaxın azalıb.
Modern.az-ın xəbərinə görə, bu barədə "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, 2023-cü ildə taksi sifarişi operatorları tərəfindən istifadə olunan taksilərin sayı 67 mindən artıq idisə, hazırda bu göstərici 23 min ədəd təşkil edir.
Yəni, belə taksilərin sayı 44 min ədəd azalıb. Qeyd olunub ki, 13 taksi sifarişi operatoruna icazə verilib.
Ötən il taksi daşımalarında 13513 sahibkara buraxılış vəsiqəsi verilib.
Hazırda 135 yerdə taksi duracağı mövcuddur və bu sayın artırılması nəzərdə tutulub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu