Azərbaycanda 4,5 bal gücündə zəlzələ oldu YENİLƏNİB

23.11.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

FHN-dən Avtosfer.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Azərbaycanda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerlatı təkanlar yerli vaxtla 12:10-da 10 km dərinlikdə qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью