Azərbaycanda 4,5 milyonluq şirkət ləğv edildi

27.11.2024

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Geyim və moda brendi kimi fəaliyyət göstərən “Christian Dior Couture” Azərbaycandakı şirkətinin ləğv olunduğunu elan edib.

Sitat.info Unikal-a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2013-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 milyon 350 min avro olan şirkətin qanuni təmsilçisi isə Vincent Simon Pierre Bernarddır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью