Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycanda qeyri-qida istehlak mallarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində texniki reqlamentlərin hazırlanması və tətbiqi nəzərdə tutulur.
Bu çərçivədə müxtəlif mal kateqoriyaları üzrə ümumilikdə 47 texniki reqlament layihəsi hazırlanıb”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev Bakıda keçirilən "Qeyri-qida istehlak mallarının təhlükəsizliyi" adlı tədbirdə deyib.
O bildirib ki, texniki reqlament mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi aktdır.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Dövlət Proqramının icrası çərçivəsində milli texniki reqlamentlərin qəbul edilməsi nəzərdə tutulub. E.Quluyevin sözlərinə görə, Agentliyin koordinasiyalı fəaliyyəti nəticəsində, 7-si Agentlik tərəfindən olmaqla, aidiyyəti dövlət qurumları ilə birlikdə 34 mal kateqoriyası üzrə ümumilikdə 47 texniki reqlament layihəsi hazırlanıb.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin