Azərbaycanda 4SİM Mərkəzi auditor seçib

30.11.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) maliyyə hesabatlarının auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, yoxlama beynəlxalq audit standartlarına uyğun aparılmalıdır.

Kotirovkanın qalibi "SR Audit Solutions" MMC-dir.

Qalib şirkətə 8 min manat ödəniləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью