Azərbaycanda 4SİM Mərkəzi auditor seçib

30.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) maliyyə hesabatlarının auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Cebheinfo.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, yoxlama beynəlxalq audit standartlarına uyğun aparılmalıdır.

Kotirovkanın qalibi "SR Audit Solutions" MMC-dir.

Qalib şirkətə 8 min manat ödəniləcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью