Azərbaycanda 5 dövlət şirkəti BAĞLANDI

29.10.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bunlar “Tikinti Sənaye Müəssisələri Kombinatı”, “İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi”, “Əlvanmetal Pansionatı”, “Azərborukəmərtikinti müəssisəsi” və “2 nömrəli Sənaye Kombinatı” MMC-lərdir.

Qeyd edək ki, bu şirkətlər Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə bağlıdır. 

Belə ki, sözügedən müəssisələr vaxtilə dövlət mülkiyyətində olan, müxtəlif dövlət konsernlərinin tərkibində fəaliyyət göstərib və son illərdə Məhdud Məsuliyyətli Cəmiyyətlərə çevrilərək dövlət əmlakı kimi xidmətin balansına verilib.

Könül Vəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью