Azərbaycanda 5 min müəllim işdən çıxarılıb SƏBƏB

12.02.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq 65 minə qədər təhsilverən sertifikasiyaya cəlb olunub.

"Onlardan 55 min nəfərin maaşına əlavələr edilib. Təxminən 5 min müəllim isə sertifikasiyadan keçə bilmədiyi üçün onların əmək müqaviləsinə xitam verilib”, deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью