Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
14 iyul tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məxsus nəqliyyat vasitələri hərraca çıxarılacaq. Avtosfer.az Ajans.az -a istinadən xəbər verir ki, siyahıya 2008-2021-ci illər aralığında buraxılmış müxtəlif markalı nəqliyyat vasitələri daxildir. Onların arasında “Khazar” və “Honda Accord” modelləri üstünlük təşkil edir. Bəzi avtomobillər üzrə ilkin satış qiyməti 5 000 manat, ən yüksək satış qiyməti 38 000 manatdır. Qeyd edək ki, təqdim olunan siyahıda 2008-ci il buraxılışlı “Honda Accord” 8 500 manata, 2012-ci il buraxılışlı eyni nəqliyyat vasitəsi 9 500 manata təklif olunur. 2021-ci il buraxılışlı “Changan Alsvin” isə 38 000 manatla hərraca çıxarılacaq.