Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hazırda orqan transplantasiyası üçün gözləyən 50-dən çox xəstəmiz var. Onların böyük əksəriyyəti 20-40 yaş aralığında olan gənclərdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Səhiyyə Nazirliyinin Ürək Transplantasiyası Həftəsi çərçivəsində media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib.
Onun sözlərinə görə, ürək transplantasiyası gözləyənlər arasında uşaqlar və 40 yaşdan yuxarı şəxslər də var. Gözləmə siyahısındakı xəstələrin yaş həddi isə 5-60 yaş arasındadır.
Zeynəb Rzayeva