Azərbaycanda 500 dən çox xəstə sümük iliyi transplantasiyası gözləyir

06.07.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cari ilin ilk 6 ayında sümük iliyi transplantasiyasına ehtiyacı müəyyən edilərək gözləmə siyahısına daxil edilmiş şəxslərin sayı 90-a yaxın olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda isə ümumilikdə 500-dən çox xəstə sümük iliyi transplantasiyası üçün gözləmə siyahısında qeydiyyatdadır.

Gözləmə siyahısında qeyri-beta talassemiya diaqnozu qoyulmuş xəstələrin üstünlük təşkil etdiyi vurğulanıb.

"Sümük iliyi transplantasiyasına ehtiyacı olan pasiyentlərin əksəriyyəti uşaq və yeniyetmə yaş qrupuna aiddir. Bu, bizim üçün xüsusi önəm kəsb edir, çünki vaxtında edilən uğurlu transplantasiya bu uşaqlara tam sağlam həyat şansı verir. Mərkəzimiz bu istiqamətdə valideynlərlə sıx iş aparır və donor axtarışını prioritet qaydada həyata keçirir", - məlumat qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью