Azərbaycanda 6 ayda vergi daxilolmaları 9 milyard manata yaxın olub

06.07.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub.

Qurum xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 %, proqnozdan isə 1,6 % çoxdur.

6 aylıq vergi daxilolmalarının 7 milyard 67,4 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 10,1 %, proqnozdan isə 2,9 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью