Azərbaycanda 6 aylıq körpə iynədən öldü

30.11.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Cəlilabadda 6 aylıq körpənin ölümü qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, rayon sakini, Amiq Mirzəyevin səhhətində problem yaranan 6 aylıq övladı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Körpəni müayinə edən həkim ona iynə vurub. Valideynin sözlərinə görə, iynədən sonra körpənin vəziyyəti daha da ağırlaşıb. Körpə paytaxtdakı xəstəxanalardan birinə aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Milli.Az
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью