Azərbaycanda 6 günlük bayram tətili başladı

08.11.2024

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda 6 günlük bayram tətili başlayıb.

Moderator.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər Günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü isə iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə uyğun olaraq, gələn həftənin bazar ertəsi - 11 noyabr qeyri-iş günü olacaq. Nəticədə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günləri olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью