Azərbaycanda 60 gənc İlin könüllüsü mükafatına layiq görüləcək

05.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Bu il keçirilən Könüllülük Həftəsinin 15-20 min gənci əhatə etməsi əsas hədəflərdəndir".

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Könüllü Təşkilatlar İttifaqının sədri Vüqar Əliyev mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Könüllülük Həftəsi çərçivəsində 60 gənc "İlin könüllüsü" mükafatına layiq görüləcək.

Onun sözlərinə görə, hazırda fəal könüllülərin sayı 17 mindən, baza könüllülərinin sayı isə 100 min nəfərdən çoxdur:

"Məsələn, "ASAN xidmət" könüllüləri bu il 40 mininci üzvünü qəbul etdi".

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью