Azərbaycanda 63 yaşlı qadın illər sonra ana oldu VİDEO

29.06.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 63 yaşlı qadın uzun illər davam edən övlad həsrətindən sonra ana olub.

Ölkə.az xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov bildirib.

Onun sözlərinə görə, aparılan müalicələr uğurla nəticələnib və qadın 38 ildən sonra övlad dünyaya gətirib.

“Allahın köməyi ilə müalicələrimizi etdik və 63 yaşlı anamız uzun çəkən həsrətdən sonra övladını qucağına götürdü. Allah saxlasın. Allaha min şükürlər olsun ki, müalicələrimiz boşa getmədi və bu xeyir işə vəsilə olduq”, - həkim deyib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью