Icma.az bildirir, Ayna portalına istinadən. Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb Azərbaycanda məktəblərin sayı azalmağa davam edir
2024-2025-ci tədris ilinin əvvəlində ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı 4324-ə düşüb.
AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən tədris ili ilə müqayisədə 64 məktəb bağlanıb. Belə ki, 2023-2024-cü tədris ilində məktəblərin sayı 4388 olub.
Əldə olunan məlumata görə, ən çox məktəb bağlanması Lerik (9 məktəb), Ağsu (8 məktəb) və Quba (7 məktəb) rayonlarında baş verib.
Digər rayonlar üzrə Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında hərəyə 4, Şamaxı, Şəmkir və Balakən rayonlarında isə 3 məktəb bağlanıb.
Bəzi bölgələrdə isə azalma 1-2 məktəb səviyyəsində olub. Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb.
Rəsmi statistikaya görə, ötən il 292 ibtidai məktəb fəaliyyət göstərirdisə, bu il onların sayı 245-ə enib.