Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq

21.11.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan 2025-ci ilin iyun ayında “Yaşıl dünya naminə əməkdaşlıq dialoqu” adlı beynəlxalq konfransa ev sahibliyi edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29-da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədbirdə müxtəlif sahələrdən olan şəxslər iştirak edəcəklər:

“Meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün bir sıra insanlar Azərbaycanda toplaşacaqlar. Onlar arasında ekoloqlar, beynəlxalq təşkilatçılar, siyasətçilər və s. yer alacaq” .

Zaira Akifqızı
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью