Azərbaycanda 7 ayda 1 430 ədəd notbuk istehsal edilib

27.08.2025

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 155,6 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 12,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 20 faiz azalıb.

Yanvar-iyul aylarında 1 430 ədəd notbuk (42,1% çox), 1 795 ədəd stolüstü kompüter, 293 min ədəd ölçmə cihazları, 200 ədəd güc transformatorları, 499 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью