Azərbaycanda 7 nəfər yanaraq ölüb

03.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Ötən həftə 192 yanğına çıxış olub.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 192 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 4 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 33 nəfər xilas edilib, 2-si azyaşlı olmaqla 15 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью