Azərbaycanda 7 yeni ixtisas YARADILDI

03.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub:

"Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib”.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun qərarı ilə ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью