Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? Rəsmi STATİSTİKA

17.09.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 1 929 minik avtomobili istehsal edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust ayları üzrə “Sosial, iqtisadi inkişaf” aylıq məruzəsində məlumat verilib.

Hesabat dövründə minik avtomobillərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azalıb.

Bununla yanaşı, Azərbaycanda 224 avtobus istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44,5 faiz artıb.

Eyni dövrdə 597 yük avtomobili istehsal edilib. Yük avtomobillərinin istehsalında isə 2,7 dəfə artım qeydə alınıb.

Eltac

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью