Azərbaycanda 8 ayda 150 dən çox yeni dövlət standartı təsdiqlənib | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır. Bu ilin yanvar–avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına N
525.az bu barədə AZSTAND-a istinadən xəbər verir. Hesabat dövründə ən böyük pay qida texnologiyası və kənd təsərrüfatı sahəsinə düşüb.
Bu istiqamətdə 38 yeni standart qəbul edilib. Konservləşdirilmiş məhsullar, ət və süd məmulatları, zeytun və zeytun yağı, un-dəyirmançılıq v
Tikinti materialları üçün 9 standartla dam örtükləri, beton və yığma dəmir-beton elementləri üzrə tələblər dəqiqləşdirilib.
İnformasiya-telekommunikasiya və elektrotexnika sahəsində 27 sənədlə enerji səmərəliliyi, məişət avadanlıqlarının sınaq üsulları, coğrafi informasiya və süni intellekt üzrə idarəetmə-risk çərçivələri qəbul olunub.
Neft-qaz və əlaqəli texnologiyalar üçün 17 standart yağlar, aşqarlar və soyuducu mayelərin təhlükəsizlik və performans parametrlərini tənzimləyib.
Ətraf mühit mövzusunda 10 sənədlə suyun keyfiyyəti, qablaşdırmanın təkrar istifadəsi və ekoloji terminologiya üzrə tələblər sistemləşdirilib.
Nəqliyyat sahəsində 7 sənədlə emissiya, elektrik ötürücüsü və təhlükəli yüklərin daşınması üzrə vahid müddəalar tətbiq edilib; idarəetmə və keyfiyyət istiqamətində 5 standart (o cümlədən rüşvətxorluğa qarşı idarəetmə, distant təhsil və AI idarəetmə sistemi) təsdiqlənib.
Tam oxu
Xəbəri oxu