Azərbaycanda 8 nəfər dönərdən zəhərləndi

13.03.2025

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью