Azərbaycanda 8 qurum birləşdi SİYAHI

20.02.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasındakı Yol Təmir İstismar MMC-ləri birləşib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar verilib.

Qərara əsasən, “Şərur Yol Təmir Tikinti İstismar” MMC, “Culfa Yol Təmir Tikinti İstismar” MMC, “Kəngərli Yol Təmir İstismar” MMC, “Babək Yol Təmir İstismar” MMC, “Sədərək Yol Təmir İstismar” MMC, “Şahbuz Yol Təmir İstismar” MMC, “Ordubad Yol Təmir İstismar” MMC “Naxçıvan Yol Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulub.

Naxçıvan Yol Təmir Tikinti bu qoşulma nəticəsində yenidən təşkil edilib və adı “Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dəyişdirilib.

Xatırladaq ki, sözügedən MMC-lər əvvəllər idarə statusunda olublar və onların ötən il idarə statusu ləğv olunaraq MMC-yə çeviriliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью