Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib

17.10.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 419,6 min ton həcmində karbamid istehsal olunub.

525.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 13,5 % azdır.

Oktyabrın 1-nə 66 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью