Azərbaycanda 9 ayda tikilən evlərin SAYI | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumi sahəsi 1 milyon 349 min 574.8 kvadrat metr olan 10 282 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
Modern.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 14% və ya 1664 ədəd azalıb.
Belə ki, 2023-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 1 milyon 397 min 930 kvadrat metr olan 11 946 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş bina evlərinin sayı 4 633 ədəd, fərdi yaşayış evlərinin sayı isə 7 313 ədəd təşkil edib.
Xatırladaq ki, bu mənzillərin 7313 ədədi əhali tərəfindən, 2469 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 2164 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu