Azərbaycanda abort sayı doğuş sayına çatdı

16.09.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycanda abortların sayı kəskin artıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür.

Maraqlıdır ki, 2010-cu ildə bir milyondan çox abortun qeydə alındığı Rusiyada 2025-ci ildə abort sayı 64% azalaraq 235 minə düşüb. Ötən il Gürcüstanda 11 800 abort qeydə alınıb ki, bu da 26% azalma deməkdir. Ermənistanda abort statistikası da 18.7 min təşkil edib və 23% geriləyib.

Qardaş Türkiyə də Azərbaycanda olduğu kimi abort halları son 15 ildə artıb. Ötən il ölkədə 74 min abort həyata keçirilib və 2010-cu illə müqayisədə 80% yüksəlib. İran İslam Respublikası da abort trendinin artdığı ölkələr sırasındadır. İranda ötən il abort halları 61% artaraq 305.2 minə yüksəlib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью