Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika

16.09.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda abortların sayı kəskin artıb.


Modern.az xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95,1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. 


Maraqlıdır ki, 2010-cu ildə 1 milyondan çox abortun qeydə alındığı Rusiyada 2025-ci ildə abort sayı 64% azalaraq 235 minə düşüb. Ötən il Gürcüstanda 11 800 abort qeydə alınıb ki, bu da 26% azalma deməkdir. Ermənistanda abort statistikası da 18,7 min təşkil edib və 23% geriləyib.


Qardaş Türkiyə də Azərbaycanda olduğu kimi abort halları son 15 ildə artıb. Ötən il ölkədə 74 min abort həyata keçirilib və 2010-cu illə müqayisədə 80% yüksəlib. İran İslam Respublikası da abort trendinin artdığı ölkələr sırasındadır. İranda ötən il abort halları 61% artaraq 305,2 minə yüksəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью