Azərbaycanda adambaşına düşən xərc nə qədərdir? Rəsmi STATİSTİKA

13.02.2025

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Azərbaycanda yaşayan əhalinin 2025-ci ilin yanvarında adambaşına pərakəndə ticarət xərcləri ötən ilin eyni ayındakı xərclərlə müqayisədə 32 manat artaraq 473,5 manata çatıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvarında adambaşına ticarət (ərzaq və qeyri-ərzaq) xərcləri 441,3 manat idi. Bu qədər pulun 242,3 manatı ərzaq, 199 manatı qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Bu il adambaşına ərzaq xərcləri 257,8 manat, qeyri-ərzaq xərcləri 215,7 manat olub. 

Müqayisə göstərir ki, ərzaq xərclərində 15,5 manat, qeyri-ərzaq xərclərində 16,7 manat artım baş verib. 

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью