Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycanda elə kənd adları var ki, onları ilk dəfə eşidən adamın ağlına istər-istəməz “Bu kənd niyə belə adlanır?” sualı gəlir.
Ölkənin müxtəlif rayonlarında qeyri-adi və maraqlı səslənən onlarla toponim mövcuddur.
“Cebheinfo.az”ın araşdırmasına görə, bu kəndlərin bəzilərinin adı gülüş doğurur, bəziləri isə sanki bir filmi və ya əhvalatı xatırladır. Amma maraqlısı budur ki, bu adların əksəriyyətinin arxasında tarix, qədim yaşayış məskənləri, tayfa adları və yerli rəvayətlər dayanır.
Məsələn, Bərdə rayonunda Mırtı, Ağdaşda Potu, Qobustanda İnəkboğan, Qazaxda Ətyeməzli, Ağcabədidə Soğanverdilər, Ağsuda Qızqayıtdı, Göyçayda isə Yekəxana adlı kəndlər var. Adlarını ilk dəfə eşidənlər üçün ən maraqlılarından biri İnəkboğandır. Kəndin adını eşidən adamın ağlına ilk olaraq tamamilə başqa məna gəlir.
Qızqayıtdı isə elə səslənir ki, sanki arxasında maraqlı bir sevgi və ya ailə hekayəsi dayanır. Ətyeməzli və Soğanverdilər adları da gündəlik məişətdə işlənən ifadələri xatırlatdığı üçün diqqət çəkir. Mırtı və Potu isə qısa və qeyri-adi səslənən kənd adlarındandır.
Bəs bu adlar necə yaranıb?
Azərbaycan toponimikasında yaşayış məntəqələrinin adları müxtəlif mənbələrdən formalaşıb. Bəzi adlar qədim tayfa və nəsillərlə, bəziləri həmin ərazinin təbii xüsusiyyətləri ilə, digərləri isə yerli hadisə və rəvayətlərlə əlaqələndirilir.
Yəni ilk baxışdan gülməli və ya qəribə görünən bir kənd adı əslində illərlə, hətta əsrlərlə yaşı olan tarixi məlumatı qoruyub saxlaya bilər. Bu baxımdan, Azərbaycanın kənd adları təkcə ünvan deyil, həm də xalqın yaddaşını yaşadan kiçik “tarix kitabları”dır.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin