Azərbaycanda AĞIR QƏZA: biri azyaşlı olmaqla 4 nəfər...

04.11.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zaqatalada maşınlar toqquşub, xəsarət alanlar var.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Zaqatala şəhəri ərazisində baş verib.

İlkin məlumata görə, Zaqatala rayon sakinin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə Qazax rayon sakinin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər. Hazırda yarılara tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью