Azərbaycanda AĞIR QƏZA Ölən var

09.12.2024

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonunun Hacısəmədli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a bildirilib ki, səhər saatlarında qeydə alınan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Mehdiyev Bəbir Şirin oğlu aldığı xəsarətlərdən ölüb.

Hadisə zamanı daha 3 nəfər-2014 ci il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, 1987-ci il təvəllüdlü Elmin Ənvər oğlu Nağıyev və 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью