Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan var

12.12.2024

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gecə saatlarında Salyanda ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, saat 01:40 radələrində 1996-cı il təvəllüdlü Məlikzadə Seymur Rafiq oğlunun idarə etdiyi “Renault Megan” markalı avtomobil rayonun Xalac kəndində hasara çırpılıb.

İdarəetmədən çıxaraq daş hasara çırpılan avtomobilin sürücüsü hadisə yerində ölüb. 1997-ci il təvəllüdlü sərnişin Rəhmanov Şəhriyar Tofiq oğlu isə xəsarət alaraq Salyan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью