Azərbaycanda ağır qəza ölən və yaralanan var FOTOlar

22.11.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Məzrəli kənd sakini Əldursun Feyruz oğlu İsayevin idarə etdiyi "Toyota" markalı avtomobil və rayonun Aranlı kənd sakini Vüsal Teyyub oğlu Qənbəralıyevin sükan arxasında olduğu "Hyundai" markalı minik maşını toqquşub.

Qəza nəticəsində Əldursun İsayev ölüb, xəsarət alan Vüsal Qənbəralıyev isə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью