Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralılar var

04.11.2024

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Qusar rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Manset.az Report-a istinadən xəbər verir ki, Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində “Şevrolet Kruz” markalı minik avtomobili ilə “VAZ-2107” markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə zamanı Qusar rayon sakinləri – 2001-ci il təvəllüdlü Savziyev Fərrux Kamran oğlu, 1989-cu il təvəllüdlü Şəkərxanov Orxan Əjdər oğlu və 1999-cu il təvəllüdlü Hasəliyev Amik Nazim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью