Azərbaycanda AĞIR QƏZA Ölənlər və yaralananlar var

28.02.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 26-da Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Hüsülü kəndi ərazisində "KamAZ" markalı yük maşını ilə iki minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan şəxslərdən 1979-cu il təvəllüdlü Allahverdi İmanov hadisə yerində, onun atası 82 yaşlı Yusif İmanov isə xəstəxanada vəfat edib.

Daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.\\Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью