Azərbaycanda AĞIR QƏZA: Yaralılar var

20.11.2024

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Moderator.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda, rayonun Karrar qəsəbəsindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində maşında olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью