Azərbaycanda ağır qəza: yaralılar var

02.05.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Ağdaşda yol qəzası baş verib.

News24.az-ın Teleqraf-a istinadən məlumatına görə hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində baş verib.

"Vaz 2106" və "BYD" markalı maşınlar toqquşub, nəticədə "Vaz 2106" yol kənarında dayanan "Hunday" markalı maşına çırpılıb.

İlkin məlumata görə, üç avtomobilin toqquşması zamanı ikisi qadın olmaqla 3 nəfər xəsarət alıb.

Yaralılar 2003-cü il təvəllüdlü Cabbarov Zaur Hüseyn oğlu və iki qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью