Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6 faizə yaxın artıb

11.08.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Bu il avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 % artaraq 888 320 təşkil edib.

525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yanvar-iyul ayları ərzində ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 5,8 % artaraq 61 805 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,5 % artımla 242 263 təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью