Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 60 mini ötüb

07.05.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il mayın 1-i tarixinə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 60.431 təşkil edib.

Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 3,5% artıb.

Həmin dövrə, aktiv vergi ödəyicilərinin sayı 2,1% artaraq 877 368 təşkil edib.

Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 3,3% artaraq 240 528 olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью