Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 4%dən çox artıb

14.11.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1 noyabr 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı 4,4 faiz artaraq 795 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 12,7 faiz artaraq 51,5 min təşkil edib.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verir.

Qeyd edək ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,7 faiz artaraq 214,1 min olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью