Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 6 % artıb

13.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 806,9 min təşkil edib.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvarın 1-i ilə müqayisədə 5,9 % çoxdur.

İl ərzində aktiv ƏDV ödəyicilərinin sayı isə 15,6 % artaraq 52,8 minə çatıb. Yanvarın 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,3 % artaraq 217,4 min olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью